• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ANAMA-da işləmək istəyənlərin DİQQƏTİNƏ!

CƏMİYYƏT

13 Avqust 2024 | 19:11 | Müəllif: Subhan Mahmudov

ANAMA-da işləmək istəyənlərin DİQQƏTİNƏ!

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə paramedik vəzifəsində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir.

ANAMA-nın mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, namizədlərin ilkin tibbi yardım və ya müalicə işi ixtisası üzrə orta-ixtisas təhsili olmalıdır.

Həmçinin ANAMA Laçın mobil bazasında aşpaz, qabyuyan, xadimə, çamaşırxana işçisi, fəhlə, Horadiz regional əməliyyat mərkəzi və Ağdam mobil bazasında avtobus sürücüsü, Şuşa və Xankəndi düşərgələrində xidmətçi (xadimə) vəzifələrində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir. Aşpaz işləmək istəyən namizədlərin müvafiq sahədə peşə təhsili, avtobus sürücüsü olmaq istəyən namizədlərin isə 2 ilə qədər iş stajı olmalıdır.

Eyni zamanda, ANAMA Bakı şəhəri İ.Dadaşov küçəsi, 260 ünvanında yerləşən inzibati binaya xadimə və fəhlə vəzifələrində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir.

Maraqlananlar əlaqə telefonu göstərməklə müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə, şəxsiyyət vəsiqəsinin surəti, təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, vəsiqə, arayış və digər), əmək kitabçasının surətini [email protected] ünvanına göndərməlidir.

Sənəd qəbulu cari il avqustun 31-dək aparılacaq.

Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət oluna bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026