• Bakı 23° C

    12.53 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

II və III qrupların imtahan nəticələri nə vaxt açıqlanacaq?

CƏMİYYƏT

15 Iyul 2024 | 10:01

II və III qrupların imtahan nəticələri nə vaxt açıqlanacaq?

Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə qəbul imtahanları tamamilə yekunlaşıb. Ən son keçirilən 14 iyul imtahanı ilə bütün qəbul imtahanları sona çatmış oldu.

İyulun 7-də keçirilən II və III qrupların imtahan nəticələri isə hələlik açıqlanmayıb. Bəs həmin imtahanların nəticələri nə vaxt elan ediləcək?

Bakıvaxtı.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) bununla əlaqədar qısa açıqlama verilib.

Qurumdan bildirilib ki, nəticələrin önümüzdəki həftənin əvvəllərində elan edilməsi planlaşdırılır.Modern.az


SON XƏBƏRLƏR