• Bakı 27° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0192

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçir

CƏMİYYƏT

15 Iyun 2024 | 11:36

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçir

“Azərişıq” ASC Qurban bayramı günlərində istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilatı tədbirləri həyata keçirib.

Bakıvaxtı.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, Cəmiyyət bayramla əlaqədar qeyri-iş günlərində də gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün bütün ölkə üzrə qəza xidmətləri 24 saat fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir nasazlıqda istehlakçılar “199” Çağrı Mərkəzinə və qurumun rəsmi facebook, instaqram səhifələrimizə müraciət edə bilər. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir.

Həmçinin, abonentlər bayram günlərində elektrik enerjisindən istifadəyə görə yaranmış borcu evdən çıxmadan, azərişıq.az saytında müvafiq bölməyə daxil olmaqla ödəyə bilərlər. “Smart” sayğacdan istifadə edən istehlakçılara tövsiyə olunur ki, əvvəlcədən sayğacların balansını yoxlasınlar və öncədən balanslarını artırsınlar.


SON XƏBƏRLƏR

21 Iyul 2024