• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Qəzzada İsrail ordusunun daha 5 hərbçisi ölüb

DÜNYA

16 May 2024 | 11:06

Qəzzada İsrail ordusunun daha 5 hərbçisi ölüb

Qəzza sektorunun şimalındakı Cəbəliyə bölgəsində 5 İsrail hərbçisi həlak olub.

Bakıvaxtı.az "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

    IDF-nin ilkin təhqiqatına əsasən, Cəbəliyə düşərgəsində tank axşam saat 19:00 radələrində hərbçilərin toplaşdıqları binaya səhvən iki mərmi atıb. İnsident nəticəsində 5 İsrail hərbçisi həlak olub, 3-ü ağır olmaqla 7 hərbçi yaralanıb. Əsgərlərin hamısı Paraşütçülər Briqadasının 202-ci Batalyonunda xidmət edib.

    Qeyd olunub ki, tank qüvvələri binanın pəncərələrindən birindən tapança lüləsini müəyyən etdikdən sonra bunun HAMAS döyüşçüləri olduğunu zənn edərək binaya atəş açıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    14 Noyabr 2026