• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Ukraynanın Aİ-yə üzvlüyünə dair danışıqlar bu tarixdə başlayır

DÜNYA

15 Iyun 2024 | 09:40

Ukraynanın Aİ-yə üzvlüyünə dair danışıqlar bu tarixdə başlayır

Ukraynanın Avropa İttifaqına üzvlüyünə dair danışıqlar iyunun 25-dən başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə razılıq quruma üzv ölkələrin təmsilçilərinin görüşündə yekdilliklə əldə olunub.

    Belçikanın qurumdakı nümayəndəliyinin “X” hesabında yazılıb ki, adı çəkilən ölkə bununla bağlı hökumətlərarası konfransa ev sahibliyi edəcək:

    İyunun əvvəlində Avropa Komissiyası Ukrayna və Moldovanın Aİ-nin tərkibinə daxil olmaq üçün bütün şərtləri yerinə yetirdiyini yazıb, həmçinin bu ölkələrlə danışıqların ayın sonunadək başlanmasını tövsiyə edib.


    SON XƏBƏRLƏR