• Bakı 25° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Melania Tramp : "ABŞ-də birlik zamanıdır"

DÜNYA

15 Iyul 2024 | 09:21

Melania Tramp : ABŞ-də birlik zamanıdır

Donald Trampın həyat yoldaşı Melania Tramp xalqa çağırış edib.

Bakıvaxtı.az  xəbər verir ki, o, bu barədə "X" hesabında açıqlama yayıb.

Melania Tramp öz paylaşımında bildirib ki, həyat yoldaşı Donald Trampa edilən sui-qəsd cəhdi onların həyatını da təhlükə altına atır: 

"Həyat yoldaşım Donalda dəyən o dəhşətli gülləni görəndə anladım ki, mənim və oğlumuz Barron Trampın həyatı dəhşətli hadisənin astanasındadır. Onu siyasi maşın kimi görən bir "canavar" Donaldın  gülüşünü, yaradıcılığını, musiqiyə olan sevgisini və ilhamını oğurlamağa çalışdı",- açıqlamasında bildirib.

Fərqli baxışların, siyasətlərin və siyasi oyunların sevgi ilə müqayisədə əhəmiyyətsiz olduğunu, ailə və sevginin hər şeydən önəmli olduğunu vurğulayan Melaniya Tramp amerikalıları birliyə çağırıb.


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025