ABŞ Prezidenti Co Bayden Pensilvaniyada xalq müraciət edib.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, xalqa müraciəti zamanı o, Donald Trampa qarşı törədilən sui-qəsd mövzusuna toxunub.
Prezident bildirib ki, bu kimi heç bir şəxs üçün yolverilən ola bilməz:
"Amerikada istisnasız olaraq bu cür zorakılığa yer yoxdur. Biz bu zorakılığın normallaşmasına icazə verə bilmərik. Bu ölkədə siyasi vəziyyət çox qızğındır. İndi isə bu qızğınlığı soyutmaq vaxtıdır. Bu məsələdə hamımızın məsuliyyəti var",- deyə Bayden bildirib.
Əli Hüseynov