İmpressionist rəssam Klod Monenin (1840-1926) əsəri 35 milyon dollara satılıb.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə Sotbi hərrac evi məlumat yayıb.
Bildirilir ki, Nyu-Yorkda keçirilən hərraca 50 sənət əsəri çıxarılıb. Fransız rəssamın “Jivernidə ot tayaları” (Meules à Giverny, 1893) əsəri səkkizinci dəqiqədə satılıb.
Hərracda Cənubi Amerika ölkələrindən təqdim edilmiş sənət əsərləri də müştərilərini tapıb.