"Partiyanın bəzi üzvlərinin parlament seçkilərində iştirakı istiqamətində məsələlər gündəmdədir".
Bu sözləri sədri olduğu Müasir Müsavat Partiyasının fəaliyyətindən danışan Hafiz Hacıyev Bakıvaxtı.az-a açıqlamasında deyib.
O, hazırda ciddi şəkildə təşkilatlanma işləri ilə məşğul olduğunu vurğulayıb:
"Partiyada yeni sədr müavinlərinin təyinatı və yeni üzvlərin partiyaya cəlb edilməsi prosesi sürətlə davam etdirilir. Sədr Aparatına yeni kadrların seçilməsi istiqamətində görülən işlər isə artıq başa çatıb. O cümlədən, partiyaya yeni müavinlərin gətirilməsi ilə bağlı müəyyən danışıqlar aparılır. Eyni zamanda partiyanın bəzi üzvlərinin parlament seçkilərində iştirakı istiqamətində məsələlər gündəmdədir. Yəni MMP dinamik şəkildə öz fəaliyyəti ilə məşğuldur. Biz danışmaqdan daha çox, real fəaliyyətə üstünlük veririk".
Partiyasının hər zaman dövlətin yanında olduğunu vurğulayan Hafiz Hacıyev qeyd edib ki, bir neçə il öncə ölkədə hökm sürən qarışıq dövrdə Müacir Müsavat Partiyasının Siyasi Şurası ölkə başçısı İlham Əliyevi özünə mənəvi sədr seçib:
"Bu yanaşma hələ də qüvvədədir. Avropa Şurasının ölkəmizə qarşı sərgilədiyi mövqe satqınlara təslim olacağımız mənasına gəlmir. Müasir Müsavat Partiyasının yüz minlik ordusu prezident İlham Əliyevin siyasi ordusudur", -deyə MMP sədri qeyd edib.
Gülşən Şərif













jpg-1718370911.webp)
jpg-1718365916.webp)

