• Bakı 16° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0186

Qadın voleybolçularımız Qızıl Avropa Liqasının hazırlığına başlayıb

İDMAN

29 Aprel 2024 | 16:07

Qadın voleybolçularımız Qızıl Avropa Liqasının hazırlığına başlayıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqasına hazırlıqlarına start verilib.

Bakıvaxtı.az Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün yğmamızın baş məşqçisi Faiq Qarayevin rəhbərliyi ilə voleybolçularla iclas keçirilib.

GİN-in Voleybol Mərkəzində baş tutan görüşdə hazırda ölkədə olan milli üzvləri, gənc voleybolçular, məşqçilər korpusu, federasiya nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan F.Qarayev, komandamıza Qızıl Avropa Liqasında uğurlar arzulayıb. Yarışa hazırlıq prosesi haqqında ətraflı məlumat verən mütəxəssis aprelin 30-dan fiziki və topla məşqlərə start veriləcəyini deyib. Daha sonra komandanın təlim-məşq toplanışına yollanacağını, həmçinin yoxlama oyunlarının keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.


SON XƏBƏRLƏR

15 May 2024