• Bakı 10° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Slovakiya parlamenti Baş nazirə sui-qəsdlə əlaqədar növbədənkənar iclas çağırıb

DÜNYA

15 May 2024 | 20:01

Slovakiya parlamenti Baş nazirə sui-qəsdlə əlaqədar növbədənkənar iclas çağırıb

Slovakiya parlamenti Baş naziri Robert Fitsoya qarşı törədilmiş sui-qəsd hadisəsi ilə əlaqədar növbədənkənar təcili iclas çağırıb. İclasda ölkədə yaranmış fövqəladə vəziyyətlə əlaqədar növbəti addımlar müzakirə ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, ölkənin bütün siyasi qüvvələri baş vermiş hadisəni pisləyən bəyanatlar veriblər. Eləcə də müxalifət partiyaları ictimai teleradio ilə bağlı hökumətin hazırladığı islahata qarşı təşkil olunan nümayişi təxirə salıb.

Dövlət başçısı Zuzana Çaputova isə açıqlamasında R. Fitsoya bu kritik dəqiqələrdə güc-qüvvət və tezliklə sağalmağı arzulayıb.

Qeyd edilməlidir ki, sui-qəsd hadisəsindən sonra 71 yaşlı şəxs şübhəli qismində saxlanılıb. Onun Baş nazirə atəş açdığı ehtimal olunur. Sui-qəsdin motivləri barədə isə hələlik açıqlama yoxdur.

Helikopterlə xəstəxanaya çatdırılan Baş nazirə ilkin yardım göstərilib, onun həyati vacib orqanlarının fəaliyyəti sabitləşdirilib.


SON XƏBƏRLƏR

26 Dekabr 2024