• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycanın hokkey komandası beynelxalq turnirdə qalib olub

İDMAN

15 May 2024 | 16:39

Azərbaycanın hokkey komandası beynelxalq turnirdə qalib olub

Azərbaycanın hokkey üzrə "Baku Flames" komandası Tatarıstanın paytaxtı Kazanda İslam ölkələri arasında təşkil edilən “Orxis Cup” beynəlxalq turnirində yer aldığı B Liqasının qalibi olub.

Bakıvaxtı.az xəbər verir ki, təmsilçimiz keçirdiyi hər üç oyunu qələbə ilə başa vurub.

“Baku Flames” qrupda İrana (11:6), Bəhreynə isə iki dəfə (8:3, 7:3) qalib gəlib.

Növbəti il komandamız turnirin A Liqasında çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan komandası ilə yanaşı, medallar uğrunda Türkiyə, Qazaxıstan, Monqolustan, İran, Livan, Bəhreyn, Tatarıstan və Qırğızıstan təmsilçiləri də mübarizə aparıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024