• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Bakıda keçiriləcək güləş üzrə Avropa çempionatının biletləri satışa çıxarıldı

İDMAN

15 May 2024 | 18:55

Bakıda keçiriləcək güləş üzrə Avropa çempionatının biletləri satışa çıxarıldı

Mayın 20-dən 26-dək Bakı İdman Sarayında keçiriləcək güləş üzrə U-23 Avropa çempionatının biletləri satışa çıxarılıb.

Azərbaycan Güləş Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, biletlərin qiyməti 2 AZN təşkil edir.

Biletlər hər gün gündüz və axşam olmaqla, 2 fərqli seans üzrə satışdadır. Yalnız son yarış günündə 1 seans (axşam) nəzərdə tutulub. 1, 2, 4, 5, 14 və 15-ci sektorlar üçün bilet satışı həyata keçirilir. Ümumilikdə 6630 bilet satışa çıxarılıb.

Qeyd edək ki, biletləri İticket.az saytından onlayn qaydada və “Iticket”in şəhərin müxtəlif məkanlarında yerləşən satış məntəqələrindən əldə etmək mümkündür.


SON XƏBƏRLƏR

26 Iyul 2024