• Bakı 15° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

DÜNYA

29 Aprel 2024 | 23:04

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Paşinyan dedi ki, sərhəd hətta kəndin ortasından da keçə bilər. Paşinyanın sözlərini təkrar edirəm: dedi ki, orada sərhədçi dayana bilər, 7 gün təhlükəsiz olacaq, amma 8-ci gün təhlükəsiz olmayacaq, mən haradan bilim? 

Bakıvaxtı.az erməni mediasına istinadla xəbər verir ki, bu sözləri müxalif “Hayastan” fraksiyasından olan deputat Geqam Nazaryan Kirants kənd sakinlərinin Baş nazir Nikol Paşinyanla görüşü haqda deyib.

O bildirib ki, kirantslılar indi şokdadırlar, qapını açıb Azərbaycan əsgərini görə bilərlər.

Onun iddiasına görə, sərhəd sovet dövründə olduğu kimi deyil, “yeni xətlə” çəkilir.

Qeyd edək ki, Tavuş rayonunun erməni sakinləri Qazaxın işğalda olan 7 kəndindən anklav olmayan 4 kəndinin qaytarılmasına etiraz edirlər. 1990-92-ci illərdə işğal olunan bu kəndlərin Ermənistan ərazisinə heç bir aidiyyəti olmamasına baxmayaraq, müxalifətin qızışdırdığı yerli sakinlər işğalı davam etdirməyə təhrik edirlər.


SON XƏBƏRLƏR