• Bakı 14° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0186

İslam İnkişaf Bankı Türkiyəyə 6,3 milyard dollar ayıracaq

İQTİSADİYYAT

29 Aprel 2024 | 13:23

İslam İnkişaf Bankı Türkiyəyə 6,3 milyard dollar ayıracaq

İslam İnkişaf Bankı(İİB) Qrupu "2024-2026-cı illər üçün Ölkə Strategiyası" çərçivəsində Türkiyədəki layihələrə 6,3 milyard dollar maliyyə vəsaiti ayıracaq.

Bakıvaxtı.az "Haber Global"a istinadən bildirir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək açıqlama verib. 

O, bununla bağlı qərarın İİB-in yaranmasının 50-ci ildönümü münasibətilə Ər-Riyadda iki günlük keçirilən “İllik Toplantılar”da qəbul edildiyini bildirib.

"Strategiya çərçivəsində veriləcək maliyyə vəsaiti təhsil, səhiyyə, nəqliyyat, maliyyə, kənd təsərrüfatı, sənaye, enerji və infrastruktur kimi bir çox sektorda fəaliyyətlərin dəstəklənməsi üçün istifadə olunacaq. Strategiya İİB Qrupuna, İİB-ə daxil olan bütün qurumları əhatə edir. İslam İnkişaf Bankı (İİB), Beynəlxalq Ticarətin Maliyyələşdirilməsi İslam Təşkilatı (ITFC), Özəl Sektorun İnkişafı üzrə İslam Təşkilatı (ICD) və İslamlararası İxrac və İnvestisiya Sığorta Korporasiyasının (ICIEC) ayırdığı ümumi məbləğ 6,3 milyard dollar təşkil edir. Bu vəsaitdən 2 milyard dollar İİB-ə, 900 milyon dollar ITFC-a, 300 milyon dollar ICD-ə, 3,1 milyard dollar isə ICIEC-ə məxsus olacaq" - deyə türkiyə nazir qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

15 May 2024