• Bakı 25° C

    5.14 m/s

Çin Baş nazirindən Yaponiya və Koreyaya çağırış

İQTİSADİYYAT

28 May 2024 | 13:53

Çin Baş nazirindən Yaponiya və Koreyaya çağırış

"Çin, Yaponiya və Koreya xarici şoklardan qaçmağa çalışmalı, birgəyaşayış və qarşılıqlı dəstəyə sadiq qalmalıdır".

Bakıvaxtı.az "Sinxua"ya istinadən bildirir ki, bunu VIII Çin-Yaponiya-KXDR Biznes Sammitində çıxış edən Çin Dövlət Şurasının baş naziri Li Tsyan deyib.

Onun sözlərinə görə, Çin, Yaponiya və Koreya dinc və mehriban qonşular olmalıdır.

"Sahibkarlar Çin, Yaponiya və Koreya arasında iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın təşviqində mühüm rol oynayırlar. Ümid edirəm ki, əməkdaşlıq çərçivəsində sahibkarlar qlobal elmi-texniki inqilabın və sənaye transformasiyasının tendensiyalarından yararlanacaq, birgə tədqiqat və inkişaf işlərini gücləndirəcək, əsas problemləri birgə həll edəcəklər. Çin müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməyə, xalqlar arasında maraqların təşviq edilməsinə, regional inteqrasiyanı sürətləndirməyə hazırdır". - deyə baş nazir vurğulayıb.

Qeyd edək ki, sammitdə üç ölkənin işgüzar dairələrinin və hökumətlərinin 240-a yaxın nümayəndəsi iştirak edib. 

Gülşən Şərif
 


SON XƏBƏRLƏR

14 Iyun 2024