• Bakı 16° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0186

Fransanın Osmanlı ilə bağlı ittihamlarına KƏSKİN CAVAB

DÜNYA

30 Aprel 2024 | 00:04

Fransanın Osmanlı ilə bağlı ittihamlarına KƏSKİN CAVAB

Fransa Milli Assambleyası 29 aprel 2024-cü il tarixli assuriyalılar və keldanilər haqqında qərarında Osmanlı dövrünə dair hüquqi və tarixi əsası olmayan ittihamlar irəli sürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirilyinin bəyanatında bildirilib.

"Hakim partiyanın deputatları tərəfindən bu dəfə də eyni əsassız ittihamların assambleyanın müzakirəsinə çıxarılması siyasi maraqlar naminə tarixi təhrif etmək cəhdinin bir nümunəsidir. Parlamentlərin tarixi şərh etmək və mühakimə etmək səlahiyyəti yoxdur.

Bu qərar həm də BMT Baş Assambleyasının soyqırım cinayətinin yalnız səlahiyyətli məhkəmə tərəfindən ittiham oluna biləcəyini nəzərdə tutan 1948-ci il tarixli “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyasına ziddir", - bəyanatda qeyd olunub.


SON XƏBƏRLƏR

15 May 2024