• Bakı 13° C

    6.68 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub 

SİYASƏT

29 Aprel 2024 | 17:43

Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub 

"Demarkasiyanın başa çatmasına dair sənəd parlament tərəfindən ratifikasiya olunacaq və Ermənistan və Azərbaycan arasında dövlət sərhədi haqqında beynəlxalq müqavilə olacaq".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyi məlumat yayıb.

Nazirlik xatırladıb ki, SSRİ-də qüvvədə olan xəritələrə görə 4 kənd Sovet Azərbaycanına məxsus olub.

Qeyd olunub ki, sərhəd dirəklərinin quraşdırılması da tərəflərin razılaşdırdığı xəritələr əsasında baş verir. Bildirilib ki, İrəvan və Bakı komissiyalarının imzaladığı protokolda “mayın 15-dək sərhədin müəyyən hissəsinin təsdiq edilməsindən”, sonra isə bu əraziyə sərhəd qoşunlarının yerləşdirilməsindən söhbət gedir.

Açıqlamada deyilir ki, son günlər delimitasiya və demarkasiya üzrə komissiyanın işi və Tavuş vilayətində aparılan proseslə bağlı bir sıra yalan və çaşdırıcı tezislər səslənir. 

Nazirlik əlavə edib ki, "Ermənistan Respublikasının inzibati ərazi bölgüsü haqqında" qanununa əsasən, ölkənin ərazisinə sözügedən 4 kənd daxil deyil.


SON XƏBƏRLƏR