• Bakı 31° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Səudiyyə Ərəbistanından Qəzza xəbərdarlığı: "Bu, məntiqsizdir"

DÜNYA

29 Aprel 2024 | 16:04 | Müəllif: Gülşən Şərif

Səudiyyə Ərəbistanından Qəzza xəbərdarlığı: "Bu, məntiqsizdir"

"Qəzzada baş verənlər onu göstərir ki, hazırkı beynəlxalq siyasi sistem bu böhranın öhdəsindən gələ bilmir".

Bakıvaxtı.az "Cumhuriyet"ə istinadən bildirir ki, bu sözləri Ər-Riyadda keçirilən İqtisadi Forumun sessiyasında çıxışı zamanı Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan deyib.

"Bu gün böhran yeddinci ayına qədəm qoyur və biz hələ də kifayət qədər yük maşınının Qəzzaya daxil olub-olmaması ilə bağlı müzakirələr aparırıq. Bu, məntiqsiz və qətiyyən qəbuledilməzdir", - deyə nazir qeyd edib.

Qeyd edək ki, ötən ilin oktyabr ayından İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ən azı 14 685-i uşaq və 9 670 nəfəri qadın olmaqla, ümumilikdə 34 454 fələstinli həyatını itirib. Yaralananların sayı isə 77 575 nəfərdir.

Gülşən Şərif
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026