Almaniyada özünü təmizləyən şüşə istehsal olunub.
Bakıvaxtı.az "Euronews"a istinadən bildirir ki, bu barədə Almaniyanın Karlsrue Texnologiya İnstitutu açıqlama verib.
Qeyd olunub ki, mikro-fotonik çoxfunksiyalı metamaterial (PMMM) adlanan polimer əsaslı material saçın onda biri qədər nazik silikon piramidalardan ibarətdir. Bu kiçik piramidalar səthə düşən suyun damcı əmələ gətirərək özünü təmizləməsini təmin edir.PMMM şəffaf olsa da, parıltını azaldır.
PMMM-nin ekoloji cəhətdən təmiz polimerdən hazırlandığını bildirən tədqiqatçılara görə, onun soyutma effektindən kondisionerdə də istifadə etmək mümkündür.
Gülşən Şərif
















