David Karapetyan 12 aylıq sınaq müddəti ilə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) baş katibi təyin edilib.
Bakıvaxtı.az “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə qərarı baş nazir Nikol Paşinyan imzalayıb.
D.Karapetyan daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin baş katibinin səlahiyyətlərini icra edirdi.















