• Bakı 14° C

    5.33 m/s

  • USD - 1.7

    EUR - 1.8335

    RUB - 0.0186

Elektron qolbaq daşıyan şəxs "patı"yla tutuldu

CƏMİYYƏT

29 Aprel 2024 | 13:43

Elektron qolbaq daşıyan şəxs patıyla tutuldu

Elektron qolbaq daşıyan Lənkəran sakini saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, məhkəmə tərəfindən eyni əmələ görə barəsində azadlığın məhdudlaşdırılması cəza növü seçilmiş Əli Abdullazadə saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Əlavə araşdırma zamanı Ə. Abdullazadənin digər cinayət əməlinin də üstü açılıb. Onun tanışı, Biləsuvar rayon sakini olan bir nəfər qadına haqqında rüsvayedici məlumatlarla yaymaq adı ilə hədə-qorxu gələrək ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul aldığı müəyyən edilib.

    Araşdırmalar aparılır.


    SON XƏBƏRLƏR