• Bakı 13° C

    5.15 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0186

Bakı-Sumqayıt marşrutu: "Manatlıq" avtobuslar yığışdırılıb? –AÇIQLAMA

CƏMİYYƏT

29 Aprel 2024 | 15:41

Bakı-Sumqayıt marşrutu: Manatlıq avtobuslar yığışdırılıb? –AÇIQLAMA

Bu gün Sumqayıt-Bakı yolunda hər zamankından daha çox tıxac yaranıb, yüzlərlə insan işə gecikib.

Bu barədə Bakıvaxtı.az-a Sumqayıtdan Bakıya gələn sərnişinlər şikayət ediblər. Onların sözlərinə görə, buna səbəb isə kiçiktutumlu avtobusların xəttə çıxmaması olub.

Şikayətçilər qeyd ediblər ki, bu gün kiçikhəcmli avtobuslar insanları yolda qoyub. Hər gün 10-15 dəqiqədən bir çıxan avtobuslar bu gün insanları 1 saat gözlədib. Sərnişinlər bu avtobuslara qadağa qoyulduğu üçün vəziyyətin belə olduğunu iddia edirlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı-Sumqayıt istiqamətində gündəlik olaraq müntəzəm marşrut xətləri üzrə 20 avtobus sərnişinlərə xidmət göstərir:

“Sumqayıt şəhərinin müxtəlif ərazilərindən yola düşən avtobusların son dayanacağı isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı “Avtovağzal” metrostansiyasıdır. Sumqayıt və Bakı avtovağzallarını birləşdirən 14 ekspres avtobusu da 11 dəqiqəlik intervalla sərnişinlərin ixtiyarındadır. Qeyd etdiyiniz kiçiktutumlu avtobuslar isə sifarişli sərnişindaşıma fəaliyyəti göstərirlər. Fəaliyyətlərini qanuni şəkildə davam etdirmək məqsədilə sifarişli daşımalar üçün icazə almalıdırlar. Bunun üçün rüsum tələb olunmur”.

Qeyd edilib ki, ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi elektron qaydada müraciət edilməklə alınmalıdır:

“Bunun üçün “AYNA” informasiya sisteminin “Daşıyıcılar” alsistemi istifadəyə verilib. https://e-xidmet.ayna.gov.az/ linkinə daxil olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin verilməsi üçün müraciət etmək mümkündür. Yeni yaradılan elektron sistem müvafiq dövlət orqanlarının informasiya sisteminə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib”.

Aytac Aslan


SON XƏBƏRLƏR