• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Zelenskidən Stoltenberqə: İki şərti yerinə yetirməmisiniz

DÜNYA

29 Aprel 2024 | 23:18 | Müəllif: Subhan Mahmudov

Zelenskidən Stoltenberqə: İki şərti yerinə yetirməmisiniz

NATO Ukrayna ordusuna dəstək verməklə bağlı iki vacib məqamı yerinə yetirməyib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə səfərdə olan NATO Baş katibi Yens Stoltenberqlə görüşdə deyib.

"Cəbhədə sabitlik, ordumuzun qüdrəti, təşəbbüsü ələ almaq, əks-hücum əməliyyatlarını həyata keçirmək - bütün bunlar üç əsas məqamdan asılıdır. Birinci məqam maliyyədir ki, buna həm ikitərəfli səviyyədə tərəfdaşlar, həm də ABŞ müsbət səs verib. İkinci məqam - silahların vaxtında çatdırılmasıdır. Üçüncü məqam isə Ukraynaya dəqiq nəyin çatdırılması məsələsidir.

Alyans maliyyənin ayrılmasına səs verərək göstərilən şərtlərdən yalnız birincisini yerinə yetirib, lakin digər məsələlərdə müsbət cəhətlər görünmür", - Zelenski qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026