• Bakı 13° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Əliyevin Almaniya səfəri yeni əməkdaşlıq vəd edir

SİYASƏT

29 Aprel 2024 | 15:58

Əliyevin Almaniya səfəri yeni əməkdaşlıq vəd edir

“Almaniya-Azərbaycan əlaqələri ənənəvi olaraq həmişə normal olub”.

Bunu Bakıvaxtı.az-a Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, İcmanın Binəqədi rayon nümayəndəsi, Pedaqogika elmləri doktoru,professor, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki Həsən Bayramov deyib.

Onun sözlərinə görə. prezident İlham Əliyevin bu ölkəyə sonuncu səfərində qarşılıqlı münasibətlər ikitərəfli gündəliyin genişlii ilə seçilir. Çünki Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.

H.Bayramov bildirib ki, Avropaya “yaşıl enerji”ni ixrac etmək üçün Azərbaycan geniş masştapda fəal çalışır. Təbii qaz təchizatçısı olan Azərbaycan Avropanın gələcəkdə “yaşıl enerji” təchizatçısı da olmaqla ənənəvi olaraq təbii qaz təhcizatçısı kimi də fəaliyyətini şaxələndirməkdədir. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir;

Müsahibimiz qeyd edib ki, Azərbaycanı panavropa qaz təchizatçısı kimi dəyərləndirən Avropaya qaz təchizatımız strateji tərəfdaşlıq əsasında həyata keçirilir. 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycanın müvafiq memorandum imzaladığını xatırladan H.Bayramov bildirib ki, həmin sənədə istinadən 2027-ci ilə qədər Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırmaq əzmindəyik:

“Əgər 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdirsə, bu il bu rəqəm 12 milyarda çatıb. Azərbaycan xarici tərəfdaşlar və sərmayədarlarla birlikdə “yaşıl enerji”yə keçid üzrə artıq nəhəng layihələrə başlayıb”.

H.Bayramov bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladıb:

“COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir.

Yalnız bu il ərzində 1300 meqavat günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək. 2027-ci ilin sonuna qədər 2000 meqavat günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası yaradılacaq və 2030-cu ilə qədər əlavə 10 günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək, qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Bununla da Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq”.

Həsən Bayramov: Almaniya-Azərbaycan əlaqələrinin inkişafı Cənubi Qafqazda sabirlik əhəmiyyət kəsb edir

Almaniya Kansleri Olaf Şoltsla keçirdiyi görüşün nəticələrinə həsr olunmuş mətbuat konfransındakı çıxışında İlham Əliyev çoxşaxəli enerji təchizatı ilə bağlı deyib: “Azərbaycan, sadəcə, öz infrastrukturunu və çox yaxşı sərmayə mühitini təmin edir. Biz Avropaya lazım olan böyük həcmdə təbii qaza qənaət edəcəyik. Eyni zamanda, hazırda Xəzərdə külək enerjisi stansiyalarından Avropaya vahid ötürülmə xətlərini, o cümlədən Qara dənizin dibi ilə kabeli çəkmək üçün texniki əsaslandırma işlərinin son mərhələsindəyik. Bu, dörd qiqavat həcmində Azərbaycanın yaşıl enerjisini Avropaya ixrac etmək imkanını yaradacaq. Dənizdə külək enerjisinin təsdiqlənmiş ehtiyatlarımız 157 qiqavatdır. Bu, potensialın təzahürüdür. Uzun illər külək Bakı sakinləri üçün müəyyən narahatlıq yaradırdı. Lakin indi külək enerjisi böyük işlər, əməkdaşlıq və tərəfdaşlıq şəraitini yaradacaq və enerji təhlükəsizliyini gücləndirəcək”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

16 May 2024