• Bakı 14° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.8335

    RUB - 0.0186

Polşa Rusiya və Belarusla sərhəddə mina basdıra bilər

DÜNYA

29 Aprel 2024 | 15:00

Polşa Rusiya və Belarusla sərhəddə mina basdıra bilər

Polşada Rusiya və Belarusla sərhəddə mina sahələri qurmağı təklif edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Quru Qoşunlarının keçmiş komandanı və Polşa milli müdafiə nazirinin keçmiş müavini Valdemar Skrzipçak “Delfi”yə müsahibəsində bildirib.

O deyib ki, Rusiya ilə NATO arasında münaqişə onun üçün çətin görünür. Buna baxmayaraq, komandan hesab edir ki, nəhayət, onların potensial təcavüzündən Polşanı təcrid etmək üçün Rusiya Federasiyası və Belarusla sərhəddə istehkamlar tikmək və minalanmış sahələr quraşdırmaq lazımdır.

Skrzipçak həmçinin Ukraynanın cəbhədəki mövqeyini "çətin" adlandırıb və Rusiya qoşunlarının bir neçə həftə ərzində böyük hücum əməliyyatına başlaya biləcəyini iddia edib.


SON XƏBƏRLƏR

14 May 2024