• Bakı 16° C

    5.22 m/s

  • USD - 1.7

    EUR - 1.8335

    RUB - 0.0186

Ötən il Avropanın təbii qaz hasilatı azalıb

İQTİSADİYYAT

29 Aprel 2024 | 14:03

Ötən il Avropanın təbii qaz hasilatı azalıb

2023-cü ildə Avropanın təbii qaz hasilatı 19 milyard kubmetr azalaraq 214 milyard kubmetrə düşüb.

Bakıvaxtı.az "TRT haber"ə istinadən bildirir ki, bu, qaz İxrac edən Ölkələr Forumunun (GECF) 2024-cü il üçün təbii qaz hesabatında öz əksini tapıb. 

Hesabata görə, ötən il Şimali Amerika, Yaxın Şərq və Asiya-Sakit okean regionunda təbii qaz hasilatında artım, Avrasiya və Avropada isə azalma müşahidə olunub.

Avropanın təbii qaz hasilatı ötən il əvvəlki ilə nisbətən 19 milyard kubmetr (8,2 faiz) azalaraq 214 milyard kubmetrə düşüb.

Avropanın üç əsas istehsalçısı olan Norveçin qaz hasilatında 7 milyard, Hollandiyada 5,5 milyard, Böyük Britaniyada 4,6 milyard kubmetr azalma olub. Bu azalma profilaktika işlərinin uzadılması və bəzi yetişmiş qaz yataqlarının bağlanması nəticəsində baş verib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

14 May 2024