• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gəncədə motosiklet divara çırpıldı: Sərxoş sürücü... - VİDEO

HADİSƏ

15 May 2024 | 08:14 | Müəllif: Qalib İbrahimoğlu

Gəncədə motosiklet divara çırpıldı: Sərxoş sürücü... - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az bu barədə FHN-ə istinadla xəbər verir.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1998-ci il təvəllüdlü Şahbaz Cəlilovun idarə etdiyi motosiklet binanın divarına çırpılıb və sərxoş halda olan sürücü motosikletdə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər motosikletdə sıxılı vəziyyətdə qalan sürücünü xüsusi vasitələrlə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026