• Bakı 16° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0186

İsrail xüsusi xidmət orqanı İran zabitini öldürüb

DÜNYA

30 Aprel 2024 | 00:41

İsrail xüsusi xidmət orqanı İran zabitini öldürüb

İsrail kəşfiyyat xidmətləri Danimarkada yəhudilərə qarşı terror aktı hazırlamaqda iştirak edən İslam İnqilabı Keşikçiləri Korpusunun İrandakı zabitini məhv edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə müxalif "İran İnternational" telekanalının jurnalisti Puriya Zeraati deyib.

Məlumata görə, SEPAH zabiti “bir neçə güllə” ilə öldürülüb. Televiziya kanalı əməliyyatın təfərrüatları, öldürülən şəxsin kimliyi, nə vaxt və harada öldürüldüyü barədə məlumat vermir.

Zeraatinin qeyd etdiyi terror aktının qarşısı 2023-cü ilin dekabrında Şin Bet və Mossadın iştirakı ilə Danimarka kəşfiyyat xidmətləri tərəfindən alınıb. Daha sonra Danimarkada HƏMAS-ın göstərişi ilə hərəkət edən və yəhudiləri öldürə biləcək hücum planlaşdıran 7 silahlı saxlanılıb. 


SON XƏBƏRLƏR

15 May 2024