Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Norveç Baş naziri Yonas Qahr Stör ilə telefon danışığı aparıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Ərdoğan telefon danışığında Norveçin Fələstini tanıma qərarının bölgədə davamlı sülh, əmin-amanlıq, ədalət və ikidövlətli həll vizyonuna töhfə verdiyini qeyd edib.
















