• Bakı 15° C

    0.3 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Rusiya ordusu öz ərazisinə 3 aviabomba atdı

DÜNYA

30 May 2024 | 00:32 | Müəllif: Subhan Mahmudov

Rusiya ordusu öz ərazisinə 3 aviabomba atdı

Rusiya hərbi təyyarəsindən Belqorod vilayətinə eyni anda 3 aviabomba düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ASTRA Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Şebekino şəhərinin Böyük Qorodişe kəndindən 5 km uzaqlıqda 3 FAB-250 aviabombası düşüb.

Hadisə zamanı xəsarət alan olmayıb, təxliyə barədə məlumat verilmir.

Beləliklə, son 3 ayda Rusiya SQ Belqorod və işğal olunmuş ərazilərə səhvən 73 aviabomba atıb.

Onların arasında “ağıllı” bomba sayılan UMPB D-30SN də var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026