• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0186

Yayda keçiriləcək imtahanların saatında dəyişiklik edilib

CƏMİYYƏT

29 Aprel 2024 | 14:22

Yayda keçiriləcək imtahanların saatında dəyişiklik edilib

İmtahan iştirakçılarının nəzərinə çatdırmaq istəyirik ki, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 5-də və daha sonrakı tarixlərdə (dövlət qulluğu ilə bağlı 12 mayda olan imtahanlar istisna olmaqla), eləcə də iyun, iyul və avqust aylarında keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq.

Bu barədə Bakıvaxtı.az-a DİM-dən məlumat verilib.

İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar.

    Bundan əlavə, kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

    Hər hansı bir imtahan üçün buraxılış vərəqələri imtahandan 5-7 gün öncə DİM-in saytına yerləşdirilir.


    SON XƏBƏRLƏR