• Bakı 16° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0186

Komandası uduzan Fatih Terim TELEFONUNU YERƏ ÇIRPDI

İDMAN

29 Aprel 2024 | 13:23

Komandası uduzan Fatih Terim TELEFONUNU YERƏ ÇIRPDI

Yunanıstan çempionatında növbəti turun oyunları keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tur çərçivəsində türkiyəli futbol mütəxəssisi Fatih Terimin baş məşqçilik etdiyi ”Panatinaikos” klubu “Aris” komandası ilə qarşılaşıb.

Matçın ikinci dəqiqəsində qonaqların heyətindən Alvaro Zamora fərqlənib. Oyun “Aris”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandasının məğlubiyyətini qəbullanmayan Fatih Terimsə davranışı ilə diqqətləri üzərinə çəkib. O, oyun sonu əsəbləşərək telefonunu yerə çırpıb.

Görüntülər Yunan mediasının diqqətindən kənarda qalmayıb.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR