• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Dörd ayda içki və tütün məhsullarına 900 mln. manata yaxın vəsait xərclənib

İQTİSADİYYAT

15 May 2024 | 14:58

Dörd ayda içki və tütün məhsullarına 900 mln. manata yaxın vəsait xərclənib

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 881.6 milyon manatlıq içki və tütün məmulatları satılıb.

Bu barədə Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 8% çoxdur. Belə ki, ötən ilin yanvar-aprel ayları ərzində ölkədə 815.7 milyon manatlıq içki və tütün məhsulları satılıb.

    Qeyd edək ki, hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,2%-i ərzaq məhsullarının, 5,2%-i içkilər və tütün məmulatlarının, 13,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8%-i avtomobil benzini və dizel yanacağının, 4,4%-i elektrik malları və mebellərin, 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

    Xatırladaq ki, cari ilin yanvar-aprel ayları ərzində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 416,5 manatlıq, o cümlədən 235 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 181,5 manatlıq qeyri-ərzaq malları alıb.


    SON XƏBƏRLƏR

    26 Iyul 2024