• Bakı 28° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8221

    RUB - 0.0195

Azərbaycandan turist axını 28 % artıb

İQTİSADİYYAT

13 Iyun 2024 | 17:03

Azərbaycandan turist axını 28 % artıb

Bu ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,5 % artaraq 808,1 min nəfər olub.

Bakıvaxtı.az  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 39,4 %, Türkiyəyə gedənlərin sayı 27,1 %, Gürcüstana gedənlərin sayı 21,3 %, Rusiyaya gedənlərin sayı 14,9 % artıb. Azərbaycan vətəndaşlarının 38,9 %-i Türkiyəyə, 21,9 %-i Rusiyaya, 8,9 %-i Gürcüstana, 8,6 %-i İrana, 21,7 %-i digər ölkələrə səfər edib. Gedənlərin 67,3 %-ni kişilər, 32,7 %-ni qadınlar təşkil edib.


SON XƏBƏRLƏR