• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Sülhməramlıların çıxarılması prosesi nə vaxt yekunlaşacaq?

Gündəm

15 May 2024 | 13:51

Sülhməramlıların çıxarılması prosesi nə vaxt yekunlaşacaq?

"Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin çıxarılması prosesi yaxın vaxtlarda yekunlaşacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ iqtisadi regionunun ərazisindən çıxarılması ilə əlaqədar keçirilən təntənəli mərasimdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentləri arasında Rusiya sülhməramlılarının ölkəmizin ərazisini tərk etməsinə dair əldə olunmuş razılığa əsasən, Rusiya sülhməramlılarının fəaliyyətinin başa çatması ilə əlaqədar tədbir keçirilir.

A.Eyvazov bildirib ki, bugünkü tədbirdə Azərbaycan və Rusiya tərəfindən yüksək rütbəli zabitlər iştirak edir:

“Sülhməramlıların ərazini tərk etməsi prosesi hazırda da davam etdirilir və yaxın vaxtlarda yekunlaşacaq. Hazırda biz Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin bazasındayıq”.

MN sözçüsü onu da qeyd edib ki, sülhməramlıların Azərbaycan ərazilərini tərk etməsi plana uyğun olaraq həyata keçirilir.


SON XƏBƏRLƏR

26 Iyul 2024