• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Bu il sahibkarlara verilən güzəştli kreditlərin həcmi açıqlanıb

İQTİSADİYYAT

15 May 2024 | 15:15

Bu il sahibkarlara verilən güzəştli kreditlərin həcmi açıqlanıb

Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 61,3 milyon manat güzəştli kredit verib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Fondun sədrinin müşaviri Namiq Zeynalov deyib.

Onun sözlərinə, bu vəsait 1 684 layihə üzrə ödənilib: "Layihələrin reallaşdırılması nəticəsində 963 yeni iş yerinin yaradılması nəzərdə tutulur".

N. Zeynalov, 2023-cü ildə SİF tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan 3 276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kreditin verildiyini bildirib. Bu kreditlər hesabına 3 000-dən çox yeni iş yerinin açılması üçün imkanı yaranıb. Verilmiş kreditlərin 46,4 %-i kənd təsərrüfatı məhsullarının istehsalı, 43 %-i sənaye məhsullarının istehsalı və emalı, 5,5 %-i xidmət sahələri, 4,5 %-i turizmin inkişafı layihələrinə yönəldilib. Güzəştli kreditlərin 72 %-i regionların, 28 %-i isə Bakı şəhəri və Abşeron iqtisadi rayonunun payına düşür.REPORT


SON XƏBƏRLƏR

26 Iyul 2024