• Bakı 11° C

    4.13 m/s

  • USD - 1.7

    EUR - 1.8342

    RUB - 0.0175

BMT-dən Qəzza xəbərdarlığı: "Bütün yardımlar dayandırıla bilər"

DÜNYA

15 May 2024 | 14:10

BMT-dən Qəzza xəbərdarlığı: Bütün yardımlar dayandırıla bilər

"Qəzzaya stabil yanacaq axını olmasa, bir müddətdən sonra bütün humanitar yardım əməliyyatları dayanacaq".

Bakıvaxtı.az "Euronews"a istinadən bildirir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) Qəzzada çalışan sözçüsü Olqa Çerevko deyib.

Qəzzadakı son vəziyyətlə bağlı qiymətləndirmə aparan BMT rəsmisinin sözlərinə görə, İsrail ordusunun mayın 6-da Rəfahda yaşayan fələstinlilərin təxliyəsi tələbindən sonra 450 mindən çox insan şəhəri tərk edib:

"Əvvəllər sığınacaqlarla dolu olan ərazilərdə və Qəzzanın cənubundakı bütün bölgələrdə yaşayan insanlar artıq yoxdur. Ərazilər tamamilə boşdur. Rəfahı tərk edənlərin çoxu Əl-Məvasi və Xan Yunus bölgələri ilə yanaşı, Qəzzanın mərkəzi hissələrinə köçüblər".

O. Çerevko vurğulayıb ki, insanların məskunlaşdıqları ərazilərdə su, yemək və sığınacaq yoxdur. Qəzza zolağına daxil olan sərhədlərin bağlı olması humanitar ləvazimatların aparılmasına mane olur. Ona görə də humanitar yardımların çatışmazlığı böyük narahatlıq yaradır.

"Rəfah Sərhəd Qapısı bağlandıqdan sonra 2 minə yaxın yardım dolu yük maşını Qəzzaya daxil ola bilmir. Təchizatlarımızın bəziləri tamamilə tükənib, bəziləri isə bitmək üzrədir. Qəzzaya genişmiqyaslı humanitar yardım edilməlidir". - deyə BMT sözçüsü xəbərdarlıq edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR