• Bakı 10° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.7881

    RUB - 1.619

Qərb sanksiyaları Rusiya-Çin əməkdaşlığına zərbə vurur

İQTİSADİYYAT

15 May 2024 | 15:27

Qərb sanksiyaları Rusiya-Çin əməkdaşlığına zərbə vurur

"Rusiyaya qarşı maliyyə sanksiyaları Çinlə ikitərəfli ticarətə mənfi təsir göstərir". 

Bakıvaxtı.az "TASS"a istinadən bildirir ki, bu, Çinin Renmin Universitetinə bağlı "Chongyang" Maliyyə Araşdırmaları İnstitutunun dərc etdiyi hesabatda yer alıb.

Hesabata görə, Çinin Ukrayna müharibəsində Rusiyaya dəstək verməsi ABŞ-ni qıcıqlandıran amillərdən birinə çevrilib. İddia olunur ki, Çin şirkətlərinin hərbi və mülki təyinatlı məhsullar tədarük etməsi Rusiyanın müdafiə sənayesi bazasının gücləndirilməsinə töhfə verir. 

Çinin Rusiyaya verdiyi dəstəyə görə ABŞ 9 Çin şirkətini sanksiya siyahısına daxil edib. Həmçinin 8 Çin şirkətinə hərbi xidməti təmin edə biləcək məhsulların ticarəti ilə bağlı ixrac məhdudiyyətləri qoyulub. Avropa İttifaqı da bu ilin fevral ayında  Rusiyaya qarşı 13-cü sanksiyalar paketinə ilk dəfə Çin şirkətlərini daxil edib. 

Hesabatda qarşıdakı dövrdə Rusiya ilə ticarətdə vasitəçilik edən maliyyə qurumlarının ikinci dərəcəli sanksiyalara məruz qala biləcəyi ilə bağlı xəbərdarlıq edilib. 

Qeyd edək ki, müharibənin ildönümü olan 24 fevral 2023-cü ildə Çin münaqişənin siyasi həlli ilə bağlı təkliflərini özündə əks etdirən 12 maddədən ibarət "mövqe sənədi"ni açıqlamışdı. Sənəddə gərginliyin tədricən azaldılması və atəşkəsin təmin edilməli olduğu vurğulanmışdı. Atəşkəs təklifi ABŞ və Avropa İttifaqı, eləcə də Ukrayna tərəfindən qəbul edilməyib. Kiyev administrasiyası bəyan etmişdi ki, bu şərtlər altında sülh müharibənin dondurulması deməkdir.

Gülşən Şərif


 


SON XƏBƏRLƏR

04 Dekabr 2024