• Bakı 21° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0189

Niderlandın Baş naziri COP29-a dəvət edilib

COP29

15 May 2024 | 14:41

Niderlandın Baş naziri COP29-a dəvət edilib

Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin göndərdiyi dəvət məktubunu Niderlandın Baş naziri Mark Rutteyə təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

“Niderland Baş nazirinin xarici siyasət və müdafiə üzrə müşaviri Adrian Eysselsteyn ilə görüşmək və Azərbaycan Prezidenti İlham Əliyevin Niderlandın Baş naziri Mark Rutteyə ünvanladığı COP29-da iştirakla bağlı dəvəti çatdırmaq mənim üçün böyük sevinc və şərəf idi. Əminik ki, Niderlandın Baş naziri və onun nümayəndə heyətinin fəal iştirakı iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığa töhfə verəcək”, - paylaşımda deyilir.


SON XƏBƏRLƏR

25 May 2024