• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

CƏMİYYƏT

15 May 2024 | 10:51

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

“Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib.

O bildirib ki, spirt - tərkibində etanol olan kanserogen maddədir və mədə, süd vəzi, qaraciyər, qalın bağırsaq, ağız xərçəngi də daxil olmaqla bir sıra onkoloji xəstəliklərə səbəb olur.

Həkim onu ​​da qeyd edib ki, alkoqol təkcə xərçəngə deyil, ürək-damar xəstəliklərinə də səbəb ola bilər.

“Xərçəng riski istənilən spirtli içki qəbulu ilə bağlıdır, ona görə də, onlardan imtina etmək lazımdır. Siqareti də dayandırmalısınız, çünki tütün alkoqolun təsirini artırır. Müxtəlif xəstəliklərin qarşısını almaq üçün düzgün yemək, aktiv həyat tərzi sürmək və kifayət qədər yuxulamaq vacibdir”, - deyə həkim bildirib.Oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026