• Bakı 7° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

FIFA-dan "Adana Dəmirspor"a transfer QADAĞASI

İDMAN

14 May 2024 | 12:19

FIFA-dan "Adana Dəmirspor"a transfer QADAĞASI

FIFA Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi Türkiyənin "Adana Dəmirspor" klubuna transfer qadağası qoyub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu rəsmi "X" hesabında bildirib.

Onun sözlərinə görə, buna Adana klubunun sabiq baş məşqçisi Patrik Klyuvertə 142 min avronu ödəməməsi səbəb olub.

Qərara əsasən, Superliqa təmsilçisi qarşıdakı üç "transfer pəncərəsi"ndə yeni oyunçular ala bilməyəcək.

Qeyd edək ki, niderlandlı baş məşqçi 2023-cü ilin iyulundan dekabrın əvvəlinədək Türkiyə klubunda işləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026