• Bakı C

    6.89 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Şimali Koreya 3,6 milyard dollarlıq kriptovalyuta oğurlayıb? - HESABAT

DÜNYA

15 May 2024 | 11:21

Şimali Koreya 3,6 milyard dollarlıq kriptovalyuta oğurlayıb? - HESABAT

Şimali Koreya 3,6 milyard dollar dəyərində kriptovalyuta oğurlamış ola bilər.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bununla bağlı BMT-nin hesabatında qeyd olunub.

Nəşrin əldə etdiyi hesabata görə, Şimali Koreya hakerləri 7 ildir, kriptovalyuta şirkətlərinə kiberhücumlar həyata keçirirlər. BMT sənədində 97 hal var. 2023-cü ilin sonunda kriptovalyuta birjasına edilən kiberhücumda 147,5 milyon dollar oğurlanıb, vəsait 2022-ci ildə ABŞ Xəzinədarlığı tərəfindən sanksiyalaşdırılan kriptovalyuta mikseri "Tornado Cash" vasitəsilə yuyulub.

Agentlik bildirib ki, 2019-cu ildə yaradıldığı vaxtdan mikser müxtəlif hakerlər, o cümlədən KXDR tərəfindən dəstəklənən "Lazarus" qrupunun nümayəndələri tərəfindən kriptovalyutaların yuyulması üçün istifadə edilib. 2023-cü ildə "Tornado Cash"in iki həmtəsisçisi 1 milyard dollardan çox pulların yuyulmasına yardım etməkdə ittiham edilib.


SON XƏBƏRLƏR