• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Paris olimpiadasının büdcəsi tükənir

DÜNYA

15 May 2024 | 13:22

Paris olimpiadasının büdcəsi tükənir

Fransanın paytaxtı Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarının büdcəsi tükənir.

Bakıvaxtı.az ESPN-ə istinadən xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsinin direktoru Etyen Tobua açıqlamasında bildirib.

Yarışın təşkili və keçirilməsi xərcləri təxminən 9 milyard avro olacaq.

"Biz bəzi fövqəladə ehtiyatlar saxlamışıq və ümid edirik ki, bunların hamısından istifadə etməyəcəyik", - deyə Etyen Tobua vurğulayıb.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək gerçəkləşəcək. Paralimpiada isə avqustun 28-dən sentybarın 8-dək baş tutacaq.


SON XƏBƏRLƏR

26 Iyul 2024