ABŞ İsrailə yeni hərbi yardım göndərməyi planlaşdırır.
Bakıvaxtı.az bu barədə “Al Jazeera”ya istinadla xəbər verir.
Məlumata görə, Bayden administrasiyası ABŞ-nin Rəfahın genişmiqyaslı işğalına qarşıçıxmasına və mülki əhalinin sayının artması ilə bağlı narahatlıqlarına baxmayaraq, Konqresəİsrailə 1 milyard dollarlıq hərbi yardım paketi göndərməyi planlaşdırdığını bildirib.
Qeyd olunub ki, hələ təsdiq edilməmiş paketə tank sursatlarıüçün təxminən 700 milyon dollar, taktiki maşınlar üçün 500 milyon dollar və minaatan mərmiləri üçün 60 milyon dollar daxildir.
Mina Mikayılova