• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Zahid Orucdan təklif: "Ölkəmizin "Milli Ailə günü" olmalıdır"

CƏMİYYƏT

15 May 2024 | 10:40 | Müəllif: Gülşən Şərif

Zahid Orucdan təklif: "Ölkəmizin "Milli Ailə günü" olmalıdır"

"Əslində Vətən müharibəsində parlaq Qələbəni qazanan bir xalqın öz “Milli Ailə günü” olmalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər" mövzusunda keçirilən konfransda çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O, bildirib ki, hərbi uğurumuz həm də ailə institutunun güclənməsi və möhkəmlənməsi deməkdir:

"Ölkəmizin müdafiə qabiliyyətini formalaşdıran, müasir hərbi texnologiyaları hərəkətə gətirən və sosial rifahı təmin edən qüvvə məhz ailə təsisatıdır. Onun sarsılmazlığı, bütövlüyü və müqəddəsliyi sərhədlərinin qorunması qədər vacibdir". 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR