• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Bu il Azərbaycan əhalisinin yanacaq xərcləri 7 %-ə yaxın artıb

İQTİSADİYYAT

15 May 2024 | 12:56

Bu il Azərbaycan əhalisinin yanacaq xərcləri 7 %-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 988,4 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % çoxdur.

Bu ilin ilk ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,8 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 17 milyard manatlıq, o cümlədən 9,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 %, qeyri-ərzaq malları üzrə 5,1 % artıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024