• Bakı 13° C

    10.76 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

KİV: Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

SİYASƏT

29 Aprel 2024 | 16:27

KİV: Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbəri verir, bu barədə adı açıqlanmayan mənbələrdən məlumat sızdırılıb.

    O eyni zamanda, 9 may “Qələbə günü” münasibətilə keçiriləcək bayram tədbirlərinə də qatılmayacaq. Bildirilib ki, bununla o, ölkəsinin bir müttəfiq kimi Rusiyadan narazı olduğunu nümayiş etdirmək niyyətindədir.

    Bununla belə, Ermənistanın hökumət başçısının Rusiyada yalnız mayın 8-də Avrasiya İqtisadi İttifaqının 10-cu sammitində iştirak edəcəyi açıqlanıb.

    Qeyd edək ki, Rusiya Prezidenti V. Putin mayın 7-də rəsmən vəzifəsinin icrasına başlayacaq.


    SON XƏBƏRLƏR

    16 May 2024