• Bakı 17° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Azərbaycan İranla İsrail arasında gərginlikdən narahatdır - XİN

SİYASƏT

14 Aprel 2024 | 15:22

Azərbaycan İranla İsrail arasında gərginlikdən narahatdır - XİN

Azərbaycan İran və İsrail arasında artan gərginlikdən dərin narahatdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyi "X"dəki paylaşımında bildirib.

"Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq", - XİN bildirib.

Qeyd edək ki, İran aprelin 14-də İsrailə qarşı hərbi əməliyyat keçirib. Əməliyyat zamanı İsrailə onlarla PUA və raket zərbələri endirilib.


SON XƏBƏRLƏR