• Bakı 16° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

Azərbaycanın turizm imkanları WUF13 çərçivəsində təqdim olunur

WUF13

19 May 2026 | 21:17

Azərbaycanın turizm imkanları WUF13 çərçivəsində təqdim olunur

Azərbaycanın turizm imkanları Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təqdim olunur.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Turizm Agentliyi və taveliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Urban Expo" sərgisində Azərbaycan pavilyonunda ölkəmizin turizm imkanları tanıdılır.

"Ziyarətçilərə ölkəmizin mədəni turizm, qastroturizm, qış turizmi, ekoturizm, eləcə də Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı və "Zəfər Yolu" marşrutu boyunca turizm imkanları barədə ətraflı məlumat verilir.

Milli stenddə ziyarətçilərə virtual reallıq (VR) texnologiyası vasitəsilə Azərbaycanın müxtəlif turistik məkanlarını kəşf etmək imkanı təqdim olunur, şəbəkə ustası tərəfindən keçirilən master-klaslar çərçivəsində iştirakçılara şəbəkə sənəti tanıdılır.

Sərgi çərçivəsində ziyarətçilərə Azərbaycanın zəngin çay mədəniyyətini təqdim edən məlumat sessiyası keçirilir və milli şirniyyatlarla çay təqdim olunur", - məlumatda qeyd olunub.

Bundan əlavə, ziyarətçilər üçün quş müşahidəsi turizminin təşviqinə həsr olunmuş təqdimat sessiyaları təşkil olunaraq Azərbaycanın ekoloji müxtəlifliyi və milli parkları haqqında ətraflı məlumat verilir.

Tədbir müddətində Azərbaycan turizminə həsr olunan məlumatlandırıcı sessiyalar davam etdiriləcək.


SON XƏBƏRLƏR